azia.az
azia.az

Füzulidə və Ağdamda xəstəxana tikintisi ilə məşğul olan şirkət barəsində tədbir görüldü

Dünən, 17:08

"Uni Ko" QSC cərimələnib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə qərar Nərimanov Rayon Məhkəməsində hakim Xalidə Əlisoyun sədrliyi ilə keçirilən iclasda qəbul olunub.

 

Xatırlatma: Dövlət Gömrük Komitəsi QSC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

Qeyd: "Uni Ko" Füzulidə və Ağdamda xəstəxana tikintisi ilə məşğuldur.

 

Xəyal Quliyev


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi