azia.az
azia.az

Paşinyan Azərbaycan Prezidentinin dediyi sözü qəbul etdi

Dünən, 17:40

Azərbaycanla nəzərdə tutulan sülh müqaviləsində razılaşdırılmamış iki maddəsinin həlli yollarını Bakıya təklif etmişik, əgər müsbət cavab olarsa, Ermənistan müqaviləni imzalamağa hazırdır.

Xəbər verilir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan erməni mediasına müsahibəsində deyib.

Paşinyan Azərbaycan prezidentinin son müsahibəsində “Ermənistanın birinci prezidentinin faşist bəyanatı” ifadəsindən danışıb. O bildirib ki, bu məsələ Ermənistan tərəfindən qaynaqlanır və bu, təsadüf deyil.  Paşinyanın fikrincə, Ermənistan tərəfi Azərbaycanı düşmən obrazında gördüyündən Azərbaycanda da bu cür qəbul olunurlar.

"Bunun səbəbini anlamağa çalışmalıyıq. Azərbaycanla bağlı oxşar təsəvvürün Ermənistan Respublikasında da olduğu açıq-aşkar görünür. Məhz bu qarşılıqlı qavrayışlar uzunmüddətli münaqişəyə gətirib çıxardı. Sülh gündəmi bu təsəvvürləri aradan qaldırmağı hədəfləyir. Sülh müqaviləsinin razılaşdırılmış maddələrinin bir hissəsi bu fikirlərin bəzilərinin səhifəsini bağlayır. Digər hissələri isə bizə bütün qarşılıqlı mənfi fikirləri ikitərəfli gündəliyin bir hissəsinə çevirmək və onları aradan qaldırmaq imkanı verir. Əlavə edim ki, biz sülh müqaviləsinin razılaşdırılmamış iki maddəsinin həlli yollarını təklif etmişik və Azərbaycandan müsbət cavab olarsa, müqaviləni imzalamağa hazırıq", - o qeyd edib.

Azərbaycan Prezidentinin sərhədin demarkasiyası komissiyalarının növbəti iclası yanvarda keçiriləcəyi ilə bağlı səsləndirdiyi təklifi təsdiqləyən Paşinyan deyib ki, yanvarda görüş planlaşdırılır. 

Mürtəza


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi