Ziyafət Əsgərovun qardaşı vəzifədən çıxarıldı
Məlumatı açıqlamasında Hüseyn Əsgərovun özü təsdiqləyib.
O bildirib ki, bundan sonra fəaliyyətini Bakı Dövlət Universitetində davam etdirəcək.
Hüseyn Abbas oğlu Əsgərov 1958-ci ildə Naxçıvanda anadan olub.
O, 2006-cı ildən Bakı Şəhəri üzrə Təhsil İdarəsində müdir müavini vəzifəsində çalışırdı.
Xatırladaq ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) digər müdir müavini Anar Məmmədov ötən ay vəzifəsindən azad olunub. Qeyd edək ki, Hüseyn Əsgərov Milli Məclisin sədr müavini Ziyafət Əsgərovun qardaşıdır.