azia.az
azia.az

Qubada yol polisiilə insident - ŞİKAYƏT/VİDEO

Dünən, 10:25

TEREF.az-n daxil olan  daxil olan şikayəti oxuculara təqdim edirik:
Hörmətli redaksiya

07 yanvar 2025 tarixində, saat 12:00-12:10 radələrində Quba şəhərində yerləşən dairədən keçərkən “Lada Kalina” markalı, 90NU566 dövlət nömrə nişanlı avtomobil kobud qayda pozuntusuna yol verib sağ zolaqdan sola dönərək dairəyə girmiş və qəza şəraiti yaratmışdır. Mənim həmin avtomobilə yol verməyimə baxmayaraq Quba RPŞ DYP-nin 6882 bort nömrəli patrul maşınındakı YPX əməkdaşları məni dayandıraraq IMX 327.2 maddəsinə əsasən təqsirli olduğumu bildirib IXP6799234 nömrəli protokol tərtib etmiş və 100.0 manat məbləğində cərimə etmişdirlər. Özünü anlaşılmaz şəkildə təqdim edən YPX baş çavuşundan kamera görüntüsü təqdim etməyi tələb edəndə o, kamera görüntüsü olduğunu, ünvanıma göndəriləcəyini bildirdi. Lakin şəxsi kabinetə sadəcə protokol yüklənmiş, foto və video sübut dəqdim edilməmişdir. YPX əməkdaşının yaxasında danışığı qeyd edən cihaz da yox idi. Qeyd edim ki, sözü gödən yol hadisəsi və YPX əməkdaşı ilə aramızda cərəyan etmiş dialoq avtomobilimdəki video-registratorda səsli və görüntülü olaraq qeyd olunmuşdur.

Məsələni diqqətdə saxlamağınızı Sizdən xahiş edirəm.
Hörmətlə: Dosent Elnur Nəsirov
07 yanvar 2025
Hadisənin bütün iştirakçılarının mövqeyini dərc etməyə hazırıq!
TEREF

Facebook-da paylaş


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi