azia.az
azia.az

Bakıda rusca danışdığı üçün döyüldüyü iddia olunan gənc barədə rəsmi açıqlama

13-08-2022, 09:51


Bakıda rusca danışdığı üçün döyüldüyü iddia olunan gənc barədə rəsmi açıqlama

Bakıda rusca danışdığı üçün döyüldüyü iddia olunan gənc barədə rəsmi açıqlama

lBakıda gənc rusca danışdığı üçün döyülüb? - DİN-dən açıqlama
Bakıda rus dilində danışdığı üçün döyüldüyünü iddia edən gəncin müraciəti əsasında araşdırma aparılıb.

Məlumata görə, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, Ramana qəsəbə sakini, 18 yaşlı R.H-nin müraciəti polis tərəfindən araşdırılıb. O qeyd edib ki, tərəflər arasında olan mübahisə rus dilində olan danışıqla əlaqəli deyil:
“Mübahisə şəxsi münasibətlərin pozulması zəminində baş verib. Daxil olan müraciət üzrə müvafiq polis bölməsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, sosial şəbəkələrdə R.H. telefonda anası ilə rusca danışarkən bir nəfərin bıçaqla ona hücum etdiyini bildirib və fotolarını paylaşıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi