azia.az
azia.az

"Mən rüşvət verməmişəm..." - QALMAQAL...

22-04-2022, 15:07

"Mən rüşvət verməmişəm..." - QALMAQAL...
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarına
Azərbaycan Respulikasının Vitse-Prezidenti
Meriban xanım Əliyevaya

Surəri-Azərbaycan Respublikası Baş Prokuroru K. Əliyev cənaba

SURƏTİ- Azərbaycan Respublikası Ədliyyə Naziri Fikrət Məmmədova

Surəti- Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübariz Baş
İdarəsinin rəisi Nazim Rəcəbova

SURƏTİ- Şirvan Apellyasiya Məhkəməsinin hakimi İ. Əhmədova

Astara rayon Şahagacı kənd sakini
Mədətov Rəşad Ramiz oğlu tərəfindən
mob. tel. 050 510 30 40

Ə r i z ə

19/04/2022-ci il tarixdə “Poliqon” İnformasiya Agentliyinin yaydığı xəbərdə qeyd edilirki, hal-hazırda Şirvan Apellyasiya Məhkəməsinin hakimi İsmayıl Əhmədovun icraatında olan cinayət işi üzrə təqsirli bilinən Əliyev Tofiq Həsən oğlu Lənkəran Agır Cinayətlər Məhkəməsində məsuliyyətdən azad edilmək və yaxud cinayətin yüngülləşdirilməsinə köməklik edilməsi ücün Vüqar Mıkayılov adlı şəxsə 50.000(əlli min) manat rüşvət vermişdir.
Əliyev Tofiq Həsən oğlu dələduzluq yolu ilə əldə etdiyi pulları və yaxud Tofiq Əliyevi qabağa verməklə onun arxasında gizlənmiş digər şəxslərin köməkliyi ilə əldə edilmiş pulları zərərcəkmiş Rəşad Mədədtovun zərərini ödəməli olduğu halda bundan yayınaraq rüşvət vermək yolu ilə öz canını məsuliyyətdən azad etməyə calışmışdır.
Tofiq Əliyev kimilər əgər rüşvət vermək-almaqla məşguldursa , deməli zərərcəkmiş Rəşad Mədətov bu hərəkətləri hec vaxt görə bilməzdi.

ALLAH BÖYÜKDÜR COX İŞLƏRİN ÜSTÜ ACILACAQ !!

Dəfələrlə Şikayət edib haqqımı tələb etmişəm,kimlərsə,gözə görünməyən qüvvələr mənim haqlı tələblərimə mane olub, yəni zərərcəkmiş kimi tanınmağımı xahiş etsəmdə mənim pozulmiuş hüququmu hec bir dövlət orqanının məsul şəxsləri bərpa etmək istəməyiblər.
Qanun pərdəsi altında başqasının haqqına girmək rüşvətdəndə təhlükəli və ağır cinayətdir Bəs kimə müraciət edək?
Tofiq Həsən oğlu Əliyev tərəfindən dələduzluq yolu ilə aldadıldlğım, istintaq və məhkəmələrin qanunsuz hərəkətlərindən məcbur olub Azərbaycan Respublikasının səlahiyyətli rəhbərlərinə müraciət edirəm!
Mən rüşvət verməmişəm!!.
Köməklik adı altında rüşvətlə iş görən axırki məlum oldu!!!
Tofiq Əliyevin kiminlə əlbir olması istintaqa, məhkəməyədə məlumdur.
Dələduzluq əməli dedikdə, yəni 178-ci maddənin tərkibi varsa , deməli, zərərcəkmişdə var.
Dələduzluq əməlini rüşvətlə birləşdirib, mənim qanunla qorunan hüququm tapdalamaq başa düşülən deyil...
Bildirirəm , Əliyev Tofiq Həsən oğluna etibar etdiyimə görə onunla razılaşdım. O, isə mənim ona olan etbarımdan sui-istifadə edərək məni aldatmış və mənə külli miqdarda zərər vurmuşdur.Hətta istintaq zamanı müəyyən edilmişdir ki, həm 6 ha torpaga görə 20 000 ABŞ doll, həm də 29 ha torpağa görə 14 000 min AZN məbləgində pulu Əliyev Tofiq Həsən oğluna vermişəm. Əliyev Tofiq Həsən oğlu kiminlə nə iş görüb , yaxud görmədiyi,eləcədə,onun tərəfindən məni aldatması, mənim zərərcəkmiş kimi tanınmağıma mane ola bilməz.
Bütün bunlar Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılsada, sonda təkrar olaraq nəticəsi vətəndaşın hüququnu pozmaq olub. Bəs nə ücün bu araşdırılmaya qanuni , obyektiv qiymət verilməyib ? İş materialından da görünür ki, burada yalnız dələduzluq əməli vardır.
Əliyev Tofiq Həsən oğlu Lənkəran Agır Cinayətlər Məhkəməsində məsuliyyətdən azad edilmək və yaxud cinayətin yüngülləşdirilməsinə köməklik edilməsi ücün Vüqar Mıkayılov adlı şəxsə 50.000(əlli min) manat rüşvət vermişdir. Hələ görünən tərəfi budur , yəqin ki, görunməyən tərəf bundandan pisdir.
Əliyev Tofiq Həsən oğlu hansı yolla , kimin və hansı havadarlarının vasitəsi ilə olursa olsun mənim zərərimi ödəməlidir.
Cənab Baş Prokuror!
Cənab Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi !!!
Hörmətli Şirvan Apellyasiya Məhkəməsnin hakimi İsmayıl Əhmədov!!
Mənim kimi vətəndaşların hüquqları müvafiq dövlət orqanları tərəfindən pozulmuş,nəticədə isə vətəndaşın zərəri ödənilməli olduğu halda, növbəti rüşvətə yol acılıb. Bütün bunların məsuliyyəti istintaq və məhkəmə orqanlarının üzərinə düşür.
Mənim zərərcəkmiş kimi tanınmalgım və Əliyev Tofiq Həsən oğlu tərəfindən mənim zərərimin ödənilməsi barədə bütün imkanlardan istifadə ediləsin xahiş edirəm.

"Mən rüşvət verməmişəm..." - QALMAQAL...
"Mən rüşvət verməmişəm..." - QALMAQAL...

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi