azia.az
azia.az

Tofiq Yaqublu prokurorluğu məhkəməyə verdi

7-02-2022, 18:03

Tofiq Yaqublu prokurorluğu məhkəməyə verdi
Demokratik Qüvvələrin Milli Şurasının üzvü Tofiq Yaqublu Səbail Rayon Prokurorluğunu məhkəməyə verib.

Yaqublu Səbail Rayon Prokurorluğunun qərarının ləğv olunmasını istəyir.

Prokurorluq bildirib ki, Yaqublu özü-özünü vuraraq, özünə ağır xəsarətlər yetirib.

Söhbət siyasi məhbus Saleh Rüstəmovun müdafiəsilə bağlı aksiya zamanı onun polis tərəfindən saxlanılarkən aldığı xəsarətlərdən gedir. Yaqublu saxlandıqdan sonra bir neçə dəfə amansızcasına döyülüb, bundan sonra onu şəhərdən kənara apararaq yolda atıblar.

İddiaya fevralın 10-da Səbayel Rayon Məhkəməsinin hakimi Azər Tağıyev baxacaq. (turan informasiya agentliyi)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi