Prokurorluqdan partlayışla bağlı rəsmi açıqlama: Ölü və yaralı sayı açıqlandı
3 aprel 2022-ci il tarixdə saat 03:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda yanğınla nəticələnən partlayış baş verib. Bu barədə Baş Prokurorluğun yaydığı məlumatda bildirilib.
"Hazırda prokurorluq, Daxili İşlər, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti orqanların nümayəndələri hadisə yerindədilər. Prokurorluğun müstəntiqləri və kriminalistləri tərəfindən zəruri istintaq hərəkətləri həyata keçirilir.
İlkin məlumata əsasən, hadisə nəticəsində 1 nəfər ölüb, 31 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
İctimaiyyətə əlavə məlumat veriləcək", - Baş Prokurorluqdan əlavə edilib.