Toyda kütləvi dava: Gəlin qohumlarını məhkəməyə verdi – VİDEO
Türkiyənin Sakarya bölgəsindəki toy məclislərinin birində kütləvi dava olub.
Azia.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, məclisdə iştirak edən yüzə yaxın qonaq əlbəyaxa olub.
Hadisə zamanı 24 nəfər yaralanıb. 40-a yaxın şəxsin ifadəsi alınıb, polisə müqavimət göstərdiyi üçün 1 nəfər saxlanılıb.
Məlumata görə, dava zinət əşyaları üstündə olub.
Qeyd edək ki, gəlin qohumlarını məhkəməyə verib.
Hadisənin görüntülərini təqdim edirik: