azia.az
azia.az

Azərbaycanda sərnişin avtobusu aşdı: çox sayda yaralı var

30-12-2021, 11:16

Azərbaycanda sərnişin avtobusu aşdı: çox sayda yaralı var
İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Azia.az-ın APA-ya istinadən xəbərinə görə, Bakıdan Şəki istiqamətinə hərəkət edən "Ford Tranzit" markalı sərnişin mikroavtobusu İsmayıllı şəhəri ərazisində "Niva" markalı minik avtomobili ilə toqquşub və yoldan çıxaraq aşıb.


Hadisə zamanı Şəki sakinləri - 27 yaşlı Seyidova Esmira İlqar qızı, 40 yaşlı Güliyeva Gülafət Ağasəf qızı, 28 yaşlı Məmmədli Arzuman Əvəz oğlu, 36 yaşlı Səmədova Dürdanə Fikrət qızı, 47 yaşlı Səlimov Yaşar Hacıbaba oğlu, 30 yaşlı Abduləzimov Mehman Əlixan oğlu, 48 yaşlı Səlimova Könül Muxtar qızı, 35 yaşlı Hacıyev Sadiq Əsabəli oğlu, 32 yaşlı Əhmədov Elvin Vədadil oğlu, 17 yaşlı Xəlilova Şəbnəm Rəhim qızı, 16 yaşlı Qaraşov Qürbət Xaliq oğlu, Bakı sakini 24 yaşlı Məmmədov Pərviz Sahib oğlu, İsmayıllı sakini, 51 yaşlı Qaraşov Xaliq Valeh oğlu müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi