azia.az
azia.az

Generalın məhkəməsi keçirilir, jurnalistlər iclasa buraxılmadı — Məhkəmədə qalmaqal

16-11-2021, 13:17

Generalın məhkəməsi keçirilir, jurnalistlər iclasa buraxılmadı — Məhkəmədə qalmaqal
Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəisi müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəisi müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

Azia.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə bu gün baş tutan açıq məhkəmə prosesinə yenə də jurnalistlər buraxılmayıb.

Məhkəmənin önündə bildiriblər ki, jurnalistlər prosesə buraxılmayacaq. Ancaq jurnalistlərin hansı səbəbdən prosesə baraxılması üçün əsaslı səbəb göstərilməyib.

Buna etiraz edən jurnalistlər məhkəmənin binası qarşısında aksiya keçiriblər, onlar məhkəməyə buraxılmalarınltələb ediblər. Zərərçəkmişlər də jurnalistlərin məhkəməyə buraxılmasını tələb ediblər. Media nümayəndələrinin açıq məhkəmə prosesində iştiraklarına şərait yaratmasının hakimdən istəyiblər.

Zərərçəkmiş Qulam Bağırov jurnalistlərə açıqlamasında bildirib ki, məhkəmənin hazırlıq iclasında jurnalistlərin məhkəməyə buraxılması barədə vəsatət veriblər: "Həmçinin məhkəmə iclaslarının video çəkiliş aparılmasını istədik. Əfsuslar olsun ki, bizim vəsatətlrəimiz təmin olunmadı. Bildirildi ki, məhkəmə iclasları protokollaşdırılsısn, sonda həmin protokollar tanış olmaq üçün tərəflərə verilsin, kim istəyərsə protokolla taniş ola bilər".

Zərərçəkmiş qeyd edib ki, məhkəmədən SMS gəlib və bu səbəbdən də.mıhkəməyə.gəlib: "Biz istəyirik ki, məhkəmə şəffaf keçirilsin, ictimaiyyət təqsirləndirilən şəxslər hansı quldurluq əməlləri ediblər, bunu hər kəs bilməlidir. Bəlkə də Azərbaycanın tarixində belə quldurluq əməli törədilməyib, bunların quldurluq əməlləri ictimaiyyətdən gizlədilməsi bizə pis təsir edir. Mənə dəymiş.ziyan 135 min dollardır. Məni qanunsuz olaraq həbs ediblər. Bundan sonra anama bildiriblər ki, guya mən həbsdə ölümcül vəziyyətdəyəm, Mövlam Şəxliyev və Sahib Ələkbərov evimi, maşınımı satdırıblar. Sonra da 33 gündən sonra məni xəstəlik adı ilə məni həbsdən buraxdılar. Həbsdən çıxandan sonra gördüm ki, nə ev var, nə maşın var. Yaşlı anamı aldadıb bu hərəkətləri görüblər".

Digər zərərçəkmiş, iş adamı Hüseyn Səfərov jurnalistlərə bildirib ki, Azərbaycan tarixində alverçi təfəkkürlü Milli Təhlükəsizliyi Nazirliyinin işçiləri olmayıb: "Mütəşəkkil cinayətkar dəstə yaradıblar. Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun rəhbərliyi altında Mövlam Şıxəliyev və Vüsal Ələkbərov quldurluq ediblər, hər bir adamın evini, əmlakını ələ keçiriblər, çox ciddi böyük cinayətlər törədiblər. Mənə qarşı elədikləri cinayətlərin həddi-hüdudu yoxdur. 2 milyon dollar məndən pul aldılar. Bunun nəticəsində evimi satdırıblar, bu gün kirayədə qalıram. Övladlarımın adına banklardan kredit götürüblər, onları da ödəyə bilmirik, yaman günə qalmışıq. Bu gün mən məhkəmədə mən çıxış edəcəm, onların gözləmədiyi faktlar açıqlayacam".
Hazırda proses davam edir.

İttihama görə, Mövlam Şıxəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.

İstintaqla Mövlam Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Mövlam Şıxəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.

Dəstə üzvlərinin qanunsuz əməllərindən iş adamları Qurbanov Mehrac Qurban oğlu, Cəfərov Etibar Vahid oğlu, Qurbanov Akif Teymur oğlu, Abdullayev Orxan Elman oğlu, Hacıyev Cavidan Mustafa oğlu, Musayeva Railə Rafkat qızı, Əliyev Kəramət Etibar oğlu, Əliyev Zaur Ağahüseyn oğlu, İsmayılov Afət Davud oğlu, Rəşidov Azad Niyazi oğlu, Səfərov Hüseyn Nəriman oğlu, Salahov Müsənnif Hilal oğlu, Seyidov Ceyhun Mahmud oğlu, Mirzəyev Əhməd Məhəmməd oğlu, İsmayılov Sərdar Əhməd oğlu, Əliyev Elvar Layıq oğlu, Nəcəfov Seyran Burhan oğlu, Kərimov Rauf Faiq oğlu, Bağırov Qulam Davud oğlu, Baloğlanov Qüdrət Baloğlan oğlu, Zeynalov İbrahim Məhəmməd oğlu, Həsənov Rauf Qasım oğlu, Əliyev Ələddin Hüseyn oğlu, Heydərov Anar Sadıx oğlu, Sultanov Bahəddin Abdulla oğlu, Mədətov Elşən İsmayıl oğlu, Ağamalıyev Ağasalam Mövlud oğlu, Rzayev Namil Heydər oğlu, Əliyev Etibar Mahmud oğlu, Kazımov Nizami Firudin oğlu, Həsənəliyev Əfsəl Xanlar oğlu və Bayramova Esmira Məcid qızı zərərçəkiblər.

Cinayət işi üzrə 32 zərərçəkmiş var.

Generalın məhkəməsi keçirilir, jurnalistlər iclasa buraxılmadı — Məhkəmədə qalmaqal
Generalın məhkəməsi keçirilir, jurnalistlər iclasa buraxılmadı — Məhkəmədə qalmaqal
Generalın məhkəməsi keçirilir, jurnalistlər iclasa buraxılmadı — Məhkəmədə qalmaqal


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi