azia.az
azia.az

Silah alveri ilə məşğul olan şəbəkə ifşa edildi

24-06-2016, 22:01

Silah alveri ilə məşğul olan şəbəkə ifşa edildi Ağdaş şəhərində silah alverçiləri tutulub.

Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Ağdaş RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirlərilə şəhər sakinləri Vaqif Qasımov və Əlif Abdullayev “Naqan” tipli tapançanı və 7 ədəd patronu satarkən tutulublar. Araşdırmalar zamanı V.Qasımovun qeyd edilən silah və sursatı həmyerlisi Sabir Paşayevdən, onun isə Zərdab rayon sakini Əşrəf İbrahimovdan alması müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat axtarış tədbirlərilə S.Paşayev və Ə.İbrahimov da tutulub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi