Bakıda silahlı insident: yaralılar var
“İçib şirə dönmək” məsəlini hər kəs eşidib. Elə ötən gecə paytaxtda olan restoranlardan birində də müştərilər “şirin” hücumuna məruz qalıblar. İçib özünə nəzarəti itirən şəxs silahını işə salıb və restoranda otranlara atəş açmağa başlayıb.
Qanlı hadisə Bakının Səbail rayonu Badamdar qəsəbəsində yerləşən kafelərdən birində qeydə alınıb.
Məlumata görə, həmin restoranda müştərilər arasında mübahisə baş verib. Mübahisə zamanı müştərilərdən biri odlu silahla digər şəxslərə doğru bir neçə dəfə atəş açıb.
Obyektin həyətində başlayan atışma Badamdar şossesinə kimi davam edib. Açılan atəş nəticəsində iki nəfərin yaralandığı deyilir. Daha sonra hadisə iştirakçıları maşınla ərazini tərk ediblər.
Silahlı insident nəticəsində xəsarət alan şəxslərin axtarışları davam edir. Belə ki, paytaxt polisi tibb məntəqələrinə bununla bağlı sorğu göndərib. Hələlik heç bir xəstəxanadan yaralı şəxslərlə bağlı məlumat daxil olmayıb.
Əraziyə cəlb edilən polis və prokurorluq orqanları əməkdaşları hadisə yerindən 5 giliz tapılıblar. Hüquq-mühafizə orqanı əməkdaşları həmin boş patronların “Winchester” maraklı odlu silha aid olduğunu bildirib.
Hazırda hüquq mühafizə orqanları yaralıların və hadisəni törədən şəxslərin kimliyini müəyyənləşdirir. Paxyatx polisinə isə xüsusi əməliyyat tapşırığı verilib.