Akademik İsa Həbibbəyli Laçın kitabxanasına kitab hədiyyə edib
İctimaiyyətlə əlaqələr şöbəsindən Azia.az-a verilən məlumata görə, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Laçın rayonunda keçirilən “MDB mədəniyyət paytaxtı Laçın-2025” beynəlxalq tədbirlərində iştirak edib. O, tədbirlər zamanı Laçın rayonunun mərkəzi kitabxanasını da ziyarət edib. ![]()
AMEA rəhbəri Akademiya tərəfindən nəşr edilən, həmçinin müəllifi olduğu bir neçə monoqrafik tədqiqat əsərini Laçının “Simurq” kitabxanasına hədiyyə edib.![]()
Kitabxana əməkdaşları dəyərli hədiyyəyə görə akademik İsa Həbibbəyliyə minnətdarlıqlarını bildiriblər.
Tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid də iştirak edib.