azia.az
azia.az

Şəki və Zərdabın kəndlərinə təbii qaz verilib

25-05-2016, 04:30

Şəki və Zərdabın kəndlərinə təbii qaz verilib Şəki və Zərdab rayonlarının daha 2 kəndi ilk dəfə təbii qazla təmin olunub.

Gün.Az SOCAR-a istinadən xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlərin davamı olaraq, mayın 24-də Şəki və Zərdab rayonlarının daha 2 kəndinə ilk dəfə təbii qaz verilib.
Bu münasibətlə keçirilmiş tədbirlərdə rayon icra hakimiyyətlərinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəki rayonunun 214 abonentlik Köndələn kəndinin qazlaşdırılması ilə əlaqədar keçirilmiş tədbirdə bildirilib ki, bu məqsədlə birpilləli sistem əsasında 18080 metr uzunluğunda metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Zərdab rayonunda keçirilmiş mərasimdə isə vurğulanıb ki, 253 abonenti olan Körpükənd kəndinin ilk dəfə qazlaşdırılması zamanı ümumi uzunluğu 26 kilometrdən artıq polietilen və metal borularla qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi