Gürcüstanda əhalinin sayı azalıb
Gürcüstanda əhalinin hər beş nəfərindən biri yoxsulluq həddindən aşağı səviyyədə yaşayır.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti 2018-ci ilin həyat tərzi ilə bağlı aparılan araşdırmaların nəticələri əsasında məlumat yayıb.
Məlumatda deyilir ki, keçən il ölkə əhalisinin sayı azalaraq 2019-cu ilin 1 yanvar tarixinə 3 milyon 723 min 500 nəfər təşkil edib.
Ötən il əhali arasında mütləq yoxsulluq həddi 20,1 faiz olub.
Yoxsul əhalinin 23,1 faizi kənd yerlərində, 18 faizi isə şəhərdə məskunlaşıb.
Yoxsulluq həddi əhalinin minimum yaşayış həddi, gəlirlər və xərclər əsasında müəyyən edilib.