azia.az
azia.az

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Şəmkirdə hüquqi-maarifləndirici tədbir keçirilib

Bu gün, 11:56


 Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Qərb Regional Mərkəzinin və Şəmkir rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şəmkir rayounda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Konstitutsion hüquqların müdafiəsi mexanizmləri” mövzusunda hüquqi-maarifləndirici tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən olunmuş əsas insan hüquq və azadlıqları və həmin hüquqların müdafiəsi mexanizmləri, xüsusilə müstəqil insan hüquqları müdafiə mexanizmi kimi Ombudsman təsisatının fəaliyyət istiqamətləri, Ombudsmanın “916” Çağrı Mərkəzi barədə iştirakçılara ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi