azia.az
azia.az

“Siz nazir yox, qorxaqlarsınız” – Prezident əsəbiləşdi

1-02-2019, 09:55

“Siz nazir yox, qorxaqlarsınız” – Prezident əsəbiləşdi
Azia.az xəbər verir ki, "Maliyyə sistemi... Bank yaradılır. İnsanlar inanmağa başlayır və öz pullarını gətirirlər. Dövlət sektoru pul yatırır, daha sonra öz səhmdarlar pulları oğurlamağa başlayır. Gedir, qaçır və daha sonra biz də..

Qazaxıstan prezidenti hökumət üzvlərini şirkətləri müflis elan etməkdən ehtiyatlanan qorxaqlar adlandırıb

Qazaxıstan prezidenti Nursutlan Nazarbayev hökumətin Astanada keçirilən geniş tərkibli iclasında Nazirlər Kabinetini sərt şəkildə tənqid edib. Bu barədə Sputnik Azərbaycan "Tengrinews.kz"-a istinadən xəbər verir.

Daniyar (Akişev, Milli Bankın sədri) başınla cavabdehsən. Səhmdarların pulları oğurlamamasına nəzarət etmək lazımdır. Bəs biz niyə burda oturmuşuq? İqtisadiyyatı müflislərdən təmizləməsək biz normal inkişaf etməyəcəyik. Həm hökumət, həm də banklar daima büdrəyəcək" - deyə Nazarbayev qeyd edib.

Qazaxıstan prezidenti hökumət üzvlərini şirkətləri müflis elan etməkdən ehtiyatlanan qorxaqlar adlandırıb: "Müflislik institutu bazar iqtisadiyyatı olan ölkələrdə geniş yayılmış haldır. Siz hökumət nazirləri yox, sadəcə qorxaqsınız. Qərar qəbul etmək üçün əlləriniz, dizləriniz əsir. Onda nə üçün işləyirsiniz? Bütün bankları təmizləyin. Onda hesab edəcəyəm ki, hökumət öz işini dürüst gördü. Sonra isə istefaya gedin".

Aybəniz Abdulova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi