azia.az
azia.az

Bakıda fasiləsiz işləyəcək qərargah yaradıldı

5-05-2017, 11:34

Bakıda fasiləsiz işləyəcək qərargah yaradıldı

Səhiyyə Nazirliyi məlumat yaydı

2017-ci ilin may ayının 12-dən 22-dək Azərbaycanda keçiriləcək IV Islam Həmrəyliyi Oyunlarına Səhiyyə Nazirliyi tərəfindən hazırlıq işləri davam edir. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən İstiPress -ə verilən xəbərə görə, iştirakçı idmançılara və qonaqlara lazımi tibbi xidmətlərin vaxtında göstərilməsini təmin etmək və bu müddət ərzində yarana biləcək hər hansı halı operativ həll etmək məqsədi ilə Səhiyyə Nazirliyində 24 saat fasiləsiz fəaliyyət göstərən Qərargah yaradılıb. Oyunlar zamanı Bakıya gələcək qonaqlar üçün səhiyyə məsələləri ilə bağlı məlumat hazırlanıb və IV İslam Həmrəyliyi Oyunlarının rəsmi internet səhifəsində yerləşdirilib.

Oyunlar zamanı istər idmançılar, ölkəyə gəlmiş qonaqlar, istərsə də əhalinin ehtiyaclarına uyğun tibbi xidmətlərin yüksək səviyyədə göstərilməsi ilə bağlı bütün tibb müəssisələrində gücləndirilmiş iş rejimində fəaliyyətin göstərilməsi üçün zəruri şərait yaradılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi