İraq ordusundan qəfil hücum – İŞİD-in sonu
İraq ordusu İŞİD terror qruplaşmasına qarşı yeni hücum əməliyyatı başladıb. Axar.az xəbər verir ki, bu barədə “Röyter” informasiya yayıb. Məlumata görə, hücum zamanı əsas hədəf kimi Suriya sərhədində toplaşan İŞİD qüvvələrinin mövqeləri seçilib. Rəsmi Bağdad bununla terror qruplaşmasını bölgədən tamamilə təmizləməyi planlaşdırır.