Məlumatda onun Rusiya əsilli olduğu qeyd olunur
İraq federal polisi İŞİD terror qruplaşmasının əsas snayperinin öldürüldüyünü xəbər verib. İstiPress-in məlumatına görə, bu barədə "Əl-Məyadin" telekanalı mənbəyə istinadən məlumat yayıb.
Məlumatda onun Rusiya əsilli olduğu qeyd olunur. Məhv edilmiş döyüşçü terror təşkilatı üçün snayperlər hazırlayırmış. Qeyd edək ki, bundan əvvəl İraq hərbçiləri İŞİD-in Əbu Hədcir ər-Rusi ləqəbli əsas snayperlərindən birini zərərsizləşdirdiklərini bildirmişdilər. Onlar snayperin hansı ölkənin vətəndaşı olduğunu açıqlamamışdılar. Lakin həmin şəxsin Rusiya əsilli olduğu qeyd edilirdi. Hər iki terrorçu hökumət qüvvələrinin Mosulun qərb yaşayış məntəqəsinin azad edilməsi əməliyyatı zamanı məhv edilib.