azia.az
azia.az

Ölülər diriləcək – Elmi tədqiqat

30-10-2018, 07:36

Ölülər diriləcək – Elmi tədqiqat


Amerika Birləşmiş Ştatlarında “Bioquark” firmasının tibb alimləri beyin ölümü gerçəkləşmiş insanları yenidən diriltmək üçün kök hüceyrə müalicə sistemini tədbiq etməyə hazırlaşır.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, yeni sistemi ötən il ilk olaraq Hindistanda sınamağa cəhd ediblər. Lakin kütləvi etirazlarla əlaqədar planın icrası dayandırılıb. Bununla belə, sistem bu il Latın Amerikasında icra olunacaq.

Tibb alimləri inanır ki, beyin ölümü gerçəkləşən insanları həyata qaytarmaq mümkündür.

Beyin ölümü gerçəkləşən insanların müalicəsi 3 mərhələdən ibarətdir.

1. Xəstənin kök hüceyrələri alınır.

2. Hüceyrələr yenidən xəstəyə iynə ilə vurulur.

3. Daha sonra bu peptidlər onurğa beyinə yerləşdirilir.

Sonda isə 15 gün ərzində xəstənin sinir sistemində hansı siqnalların formalaşdığı izlənilir.

Yeni layihə “ReAnime” layihəsi adı altında inkişaf etdirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi