azia.az
azia.az

Qəhvə içən qadınlar daha az depressiyaya düşür

27-09-2016, 13:07

Qəhvə içən qadınlar daha az depressiyaya düşür
Tədqiqatlar göstərir ki, qadınlar kişilərə nisbətən 2 dəfə artıq depressiyaya düşürlər

Çünki qadınların həm özlərinə tələbatı çoxdur, həm də başqalarından daha çox diqqət, qayğı umurlar. Onu görmədikdə depressiyaya düşürlər.

Kişilər də depressiyaya düşürlər, ancaq onlara depressiyadan çıxmaq daha çətin olur. Çünki bizdə ictimai qınaq var, “kişilər ağlamaz” deyirik. O, fikirlərini, dərdlərini bölüşə bilmir və bu, kişilərdə daha çox infarkt, insult halları yaranmasına gətirib çıxarır. Belə faktlar da var ki, xanımlar depressiyaya düşəndə, xüsusən xəyanətə uğrayanda saçlarını kəsdirir, hörüklərini kəsib divardan asıblar. Burada məqsəd xarici görünüşündə yenilik etmək, yeni bir imic yaratmaq deyil. Bu cür xanımlar öz xarici görünüşlərinə sanki bir xəsarət yetirir və bunu özünəqəsdin bir növü kimi qiymətləndirmək olar. Amma xanımlar kişilərə nisbətən depressiyadan tez çıxırlar, çünki onlar ən sadə vasitə - alış-veriş etməklə özlərini motivə edirlər. Gündə bir neçə fincan qəhvə içən qadinlar depressiyadan daha az əziyyət çəkirlər.

Amerika alimlərinin yeni araşdirmalarinin nəticələri bunu deməyə əsas verir. Nəticələri Amerika Tibb Assosiasiyasinin jurnalinda dərc olunmuş araşdırmalar 10 il davam edib. Alimlərin müşahidə obyekti isə ABŞ-da 50 min tibb bacısı olub. Onlar müəyyən ediblər ki, gün ərzində 2-3 fincan qəhvə içən qadınlarda depressiyaya düşmək riski 20% azdır. Tədqiqatçılar ehtimal edir ki, kofein beyin hüceyrələrini bir sıra toksinlərdən qoruyur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi