azia.az
azia.az

FTB Trampın evində niyə axtarış apardı?

9-08-2022, 16:02

Federal Təhqiqatlar Bürosu (FTB) ABŞ-ın keçmiş Prezidenti Donald Trampın Floridada yerləşən “Mar-a-Laqo” malikanəsində axtarış aparıb.



Xəbər verilir ki, bu barədə Donald Tramp özü açıqlayıb.

FTB Trampın evində niyə axtarış apardı?

“Mənim Florida ştatının Palm Beach şəhərindəki gözəl evim ,"Mar-A-Lago" indi mühasirədədir, böyük bir qrup şəkilində FTB agenti tərəfindən basqın və zəbt edilib. Daha əvvəl hər hansı bir prezidentin başına belə bir şey gəlməyib”.




FTB agentlərinin mülkündəki seyfi sındırdığını iddia edən Tramp, “Əlaqədar müvafiq dövlət qurumları ilə əməkdaşlıq etdikdən sonra evimə edilən xəbərsiz basqın lazımsız və uyğun deyil” deyib.

“Associated Press” agentliyi bəzi mənbələrə istinadən bildirib ki, FTB çağırışı Trampın Ağ Evdəki fəaliyyəti dövründə Floridadakı iqamətgahında məxfi qeydləri əldə edib-etməməsi ilə bağlı araşdırmasıdır.



Qeyd olunub ki, Ədliyyə Departamenti bu ilin əvvəlində Milli Arxivlər və Qeydlər İdarəsi tərəfindən "Mar-A-Laqo"dan götürülmüş 15 qutu sənədin içindən çıxan məxfi qeydlərin olmasını araşdırdığını bildirib.



Gülər


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi