ABŞ Yunanıstanın əli ilə Türkiyədən nə istəyir?
Bu gün türkiyəli siyasətçi,partiya sədri Mustafa Sarıgül Yunanıstan parlamentinin qarşısında əlində tutdugu türk bayragı ilə bu ölkənin baş naziri K.Miçotakisə müraciət edib.M.Sarıgül yunan baş nazirinə səslənərək deyib ki,mən Yunanıstandayam,sülhə gəl,ABŞ-dan yardım diləmə,silahlardan əl çək,biz sənin dostunuq.
Afinanın əsas planı nədir?
Keçən dəfə də yazmışdım ki,Yunanıstan Lozanna sülh müqaviləsinin maddələrini pozaraq,Egey dənizindəki adaları silahlandırır,Türkiyənin dəniz sahəsini kobud şəkildə pozur,dəniz sərhədlərini 6 mildən 12 milə çıxartmaqla vəziyyəti bilərəkdən gərginləşdirmək xəttini seçir.
Üstəlik,ABŞ Yunanıstandakı hərbi bazalarının sayını 9-a çatdırıb,Türkiyənin Ədirnə vilayətinin qarşısındakı Dədəagac bölgəsinə xeyli sayda amerikalı əsgər toplayıb,xəndəklər qazımaqla məşguldur.
Əlbəttə,Yunanıstanı Türkiyəyə qarşı qızıştıran ölkə birmənalı olaraq,ABŞ-dır.Vaşinqton Türkiyənin Şərqi Aralıq Dənizi hövzəsində geopolitik hədəflərini qəbul etmir,Ankaranın BMT tərəfindən tanınmış Liviya hökuməti ilə bagladıgı müqavilələri həzm etmir.
Eyni zamanda,ABŞ Liviyadakı üsyançı marşal,xunta lideri Xəlifə Xəftəri gizli şəkildə himayə edir.
Şübhəsiz ki,Ankaranın Aralıq dənizindəki mövcudiyyəti,"Mavi Vətən"konsepsiyası çərçivəsində aktivliyi bu dənizdəki karbohidrogen resurslarının ədalətli və bərabər bölünməsinə hesablanıb.Yəni,Türkiyə də Şərqi Aralıq dənizindəki enerji resurslarından haqlı olaraq tələb etməkdədir.
Rusiya və Fransada Türkiyənin fəaliyyətlərindən narazıdır.
Türkiyə və Yunanıstan arasındakı gərginlikdə Fransa və Rusiyanın da barmagını görə bilərik.Dogrudur,hazırda Rusiya-Yunanıstan münasibətləri Ukrayna böhranı səbəbindən gərgindir.Lakin Rusiya da xunta lideri Xəlifə Xəftəri dəstəkləyir,ona hərbi yardım göstərir.Fransaya gəldikdə isə,Paris Yunanıstana ən modern "Rafel"bombardımançı təyyarələrini satıb və ən maraqlısı isə budur ki,Yunanıstanla baglanmış strateji əməkdaşlıq müqaviləsinə görə,hətta hər hansı NATO üzvü ölkə Yunanıstanla müharibə edərsə,Yelisey sarayı Afinanın yanında olacaq.
ABŞ-ın növbəti "Zelenski"si Miçotakis,Ukraynası isə Yunanıstan olacaqmı?
Xatirinizdədirsə,mən bu başlıq altında bir yazı yazmışdım.Yenə də bu qənaətimi dəyişməmişəm.Sadəcə,Vaşunqtonun başı Ukraynaya,daxildəki infilyasiya böhranına qarışıb.İndi də federal məhkəmənin abort qanunu haqqında qərarı Baydenin adminstrasiyasını çıxılmaz vəziyyətə salıb.Əminəm ki,kotoliklərin lideri,Roma Papası "abort"qanunundan xoşhal olub.
Hətta iddia edirəm ki,Rusiyanın Ukraynaya qarşı işgalçılıq siyasəti bu planı gecikdirdi.Düşünmürəm ki,bütün qərarları ABŞ-da prezident Cozef Bayden verir.Bu adam havaya salam verir,velosipetdən yıxılır,tez-tez sözlərini qarışdırır.Bayden 1942-ci il təvəllüdlüdür,yaşlıdır.Lakin Baydeni də idarə edən,yönləndirən siyasi bir komanda var.Görünür,Baydenə nəzarət edənlər Yunanıstandakı siyasilərin və armatorların(dəniz ticarətçiləri)vasitəsi ilə Egey dənizində macəra axtarışındadırlar.
ABŞ Türkiyəyə təzyiqlərini artırmaqla,Ankaranın İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü blok etməkdən çəkindirmək istəyir,Suriyanın şimalında separatist kürdlərə qarşı əməliyyat keçirməsinə qarşı çıxır,Türkiyənin də Rusiyaya qarşı sanksiyalara qoşulmasını istəyir.
Türkiyə isə hələ ki,Ag Evin təzyiqlərinə dözür.
Nəticə olaraq,Sarıgülün bu gün Yunanıstan parlamentinin qarşısındakı aksiyasını kreativ dəyərləndirirəm.Aksiya belə olar,yoxsa,avtafa ilə İran səfirliyinin qarşısında qeyri-yaradıcı etiraz nəyə və kimə lazımdır ki...
Məncə,Ərdogan və Miçotakis masa ətrafında oturub həll yolu tapmalıdırlar.
Ümid edirəm ki,Ellada və elladalılar ABŞ-ın tırkasına gedib özlərini Osmalı dövründə öldugu kimi yenə də döydürməyəcəklər.Osmanlı dövləti 401 il Yunanıstanı İstambuldakı Dolmabagça sarayındakı padşahın təyin etdiyi vali ilə idarə edib.Yəqin növbəti dəfə də "şapalaq"yemək istəməzlər.Zelenski kimi onu da qoyub aradan çıxar,anqlo-sakson daydayları.
Kamal Aliyev, politoloq