azia.az
azia.az

ABŞ Ermənistanda HƏRƏKƏTƏ KEÇDİ – Xocalı cəlladları CƏZALANDIRILIR

17-06-2022, 15:37

ABŞ Ermənistanda HƏRƏKƏTƏ KEÇDİ – Xocalı cəlladları CƏZALANDIRILIR
ABŞ-ın İrəvandakı səfiri Linn Treysi Ermənistan parlamentindəki müxalif “Şərəfim var” və “Ermənistan” fraksiyasının rəhbərləri Artur Vanetsyan və Seyran Ohanyanı görüşə dəvət edib.
Azia.az xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Hraparak” qəzeti məlumat yayıb.

Treysi dünın ABŞ konqresmenləri ilə görüş dəvətini çatdırmaq üçün müxalifət fraksiyalarının liderləri ilə ayrı-ayrılıqda görüş keçirmək istəyini onlara çatdırıb.

Qeyd edək ki, ABŞ Konqresinin nümayəndə heyəti iyunun 30-dan iyulun 2-dək Ermənistanda olacaq. Artıq bu məqsədlə siyasi qüvvələrə görüş üçün dəvətlər göndərilir. İki gün əvvəl ABŞ səfirliyi Xarici İşlər Nazirliyinə müraciət edərək, nümayəndə heyətinin spiker və parlamentdəki üç fraksiyanın (“Ermənistan”, “Şərəfim var” və “Vətəndaş müqaviləsi”) nümayəndələri və qadın deputatlarla görüşlərinin təşkilini xahiş edib.

Treysi Ohanyan və Vanetsyanı ayrı-ayrı görüşlərə dəvət edib.

Erməni nəşri səfirin bu yola əl atmasında məqsədinin olduğunu yazıb:

“Görünür, səfirin uzunmüddətli məqsədi var. Amerika səfiri müxalifətin əhval-ruhiyyəsini yoxlamaq, onları himayə etdiyi Nikol Paşinyana qarşı mübarizəni zəiflətməyə inandırmaq istəyir”.

Artıq Ohanyan görüşlə bağlı məlumatı təsdiqləyib. “Xocalı cəlladı” səfirin onunla Ermənistana gələcək konqresmenlərin fraksiya rəhbərləri ilə görüş istəyini çatdırmaq üçün təmasa keçdiyini deyib.// teleqraf.com


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi