Rusiyanın İrəvandakı səfiri Zəngəzura getdi
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin iyunun 2-də Sünik (Zəngəzur) bölgəsinə işgüzar səfər edib.
Teleqraf.com erməni internet resurslarına istinadən xəbər verir ki, bu barədə İrəvandakı Rusiya səfirliyi bildirib.
Rusiyanın Ermənistandakı səfirinin Gorus-Qafan magistral yolu boyunca hərəkət edib, sərhəd hissədə yerləşdirilən postlarda Rusiya və Ermənistan sərhəd mühafizəçilərinin xidməti ilə tanış olub.
Sünikin regional mərkəzinin girişində səfiri Qafan Bələdiyyə başçısı Gevorq Parsyan qarşılayıb.