Putin MDB vətəndaşlarının pensiya hüquqları haqqında sazişi LƏĞV ETDİ
Rusiya Prezidenti Vladimir Putin MDB vətəndaşlarının təqaüd hüquqlarının təminatı haqqında sazişin denonsasiyası haqqında qanun imzalayıb.
Xəbər verilir ki, imzalanan sənədə əsasən, Rusiya 2023-cü il yanvarın 1-dən etibarən MDB vətəndaşlarının təqaüd hüquqlarının təminatı üzrə sazişdən imtina edə bilər.
Sənəddə həmçinin qeyd edilir ki, təqaüd hüquqlarına dair müqavilə köhnəlib və Rusiya MDB-dəki tərəfdaşları ilə pensiya ilə bağlı yeni ikitərəfli müqavilələrin və sazişlərin bağlanması üzərində işləyir.
Məlumat üçün qeyd edək ki, saziş 1992-ci il martın 13-də Moskvada imzalanıb.
Sazişə əsasən, iştirakçı ölkələrin hər birinin vətəndaşları üçün pensiya hüququ müəyyən edilərkən keçmiş SSRİ ərazisində qazanılmış iş stajı nəzərə alınırdı.
Bu saziş SSRİ-də iş təcrübəsi olmuş vətəndaşların maraqlarını tam təmin edib.