azia.az
azia.az

Putin vacib qanun imzaladı

7-02-2017, 21:29

Putin vacib qanun imzaladı
Bu qanun Rusiya ilə Türkiyəni daha da yaxınlaşdıracaq

Rusiya prezidenti Vladimir Putin “Türk axını” qaz kəməri layihəsi ilə bağlı müqavilənin ratifikasiyası haqqında qanun imzalayıb.

İstiPress-in “Tass”a istinadən verdiyi xəbərə görə, “Türk axını” Rusiya qazını Türkiyəyə, 2019-cu ildən sonra isə Avropa Birliyi ölkələrinə çatdırmağı nəzərdə tutur.

Rusiyanın Enerji nazirinin müavini Yuriy Sentyurin deyib ki, yeni qaz kəməri Ukraynadan yanacaq, tranzitindən tam imtina etməyə imkan verməyəcək, lakin "bununla bağlı riskləri xeyli azaltmağa" kömək edəcək.

Qaz kəməri layihəsi haqqında saziş 2016-ci il oktyabrın 10-də İstanbulda imzalanıb. Qaz kəməri Rusiyanın Qara dəniz hövzəsindən Türkiyə sahillərinə qədər uzanacaq. Layihənin maksimal məhsuldarlığı 31,5 mlrd. kubmetr olacaq.

Layihənin dəniz hissəsinin uzunluğu təxminən 920 km, tranzit quru sahəsi isə təxminən 200 km. təşkil edəcək. 2019-ci il dekabrın 30-dək kəmərin tam gücü ilə istismara verilməsi nəzərdə tutulur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi