azia.az
azia.az

Uşaqlara təcavüz edildi - VİDEO

6-06-2022, 08:39

Uşaqlara təcavüz edildi - VİDEO
Fransada uşaqlıqda kilsələrdə cinsi zorakılığa məruz qalanlar 60 min avroya qədər təzminat alacaqlar.
Yerli medianın məlumatına görə, keçən il yaradılmış Milli Müstəqil Tanınma və Təzminat Təşkilatı (INIRR) kilsələrdə uşaqlıqda cinsi zorakılığa məruz qalanlara ödəniləcək kompensasiya məbləğini cinsi zorakılığın növü, kilsənin zərər çəkmiş şəxsə münasibəti, cinci zorakılığın qurbanın sağlamlığına mənfi təsiri nəzərə alınaraq müəyyənləşdirəcək.

Qeyd edək ki, INIRR kilsə rəhbərliyi tərəfindən ödəniləcək kompensasiyanın 60 min avrodan çox olmaması qərarına gəlib.

İndiyədək ölkə üzrə 735 nəfər maddi və ya mənəvi zərərin ödənilməsi üçün INIRR-ə müraciət edib.

Ötən il “Kilsələrdə Cinsi zorakılıq Müstəqil Komissiyasının (CIASE) açıqladığı hesabata görə 1950-ci ildən bəri Fransada 330 min uşaq kilsələrdə və himayələrində olan təşkilatlarda cinsi zorakılığa məruz qalıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi