Stoltenberq: “Ukraynadan quru və ya dəniz yolu ilə taxıl ixracının BMT ilə razılaşdırılmasının tərəfdarıyıq”
“NATO Ukraynadan dəniz yolu ilə taxıl çıxarmaq üçün BMT ilə koordinasiyada istənilən səyi alqışlayır”.
“Report” xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.
Onun sözlərinə görə, Ukraynadakı taxılın çıxarılması üçün ən yaxşı yol döyüş əməliyyatlarını dayandırmaqdır.
“NATO alyans ölkələrinin hərəkətlərini, Ukraynadan taxılın quru və ya dəniz yolu ilə çıxarılması üçün BMT ilə koordinasiyalı istənilən səyləri alqışlayır”.