azia.az
azia.az

BVF: Ukraynanın ayda 5 milyard dollara yaxın yardıma ehtiyacı var

22-04-2022, 07:41


Ukraynanın hazırkı mərhələdə ayda 5 milyard dollar həcmində maliyyə yardımına ehtiyacı var.
BVF: Ukraynanın ayda 5 milyard dollara yaxın yardıma ehtiyacı var
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristalina Georgiyeva bildirib.

İcraçı direktor qeyd edib ki, yaxın gələcəkdə Ukraynada maaşların, pensiyaların ödənilməsi, sosial xidmətlərin göstərilməsi, məcburi köçkünlərin dəstəklənməsi üçün bu həcmdə maliyyə yardımı tələb olunacaq.

"Hesab edirik ki, bu, mümkün qədər kreditlər deyil, qrantlar hesabına təmin edilməlidir. Çünki yaxın gələcəkdə Ukraynanın gəlirləri kəskin şəkildə azaldacaq", - fondun rəhbəri bildirib.

Onun sözlərinə görə, Ukrayna makroiqtisadi siyasət və maliyyə sabitliyi sahəsində fəal iş aparır:

"Onların güclü valyuta ehtiyatları var - təxminən 29 milyard dollar. Və onlar ehtiyatlardakı mövqelərini qorumaq istəyirlər”, - Georgiyeva vurğulayıb.

Qeyd edək ki, fond ötən gün açıqlanan hesabatında 2022-ci ildə Ukraynanın ÜDM-nin 35% azalacağını proqnozlaşdırıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi