azia.az
azia.az

Pakistan Səudiyyə Ərəbistanına qoşun yeritdi

Bu gün, 13:40

Pakistan ordusu regionda yaranan təhlükəsizlik narahatlıqları fonunda Səudiyyə Ərəbistanının müdafiə imkanlarını gücləndirmək məqsədilə krallığa hərbi qüvvələr göndərdiyini açıqlayıb.

Xəbər verilir ki, ordunun mətbuat xidmətinin "Facebook" səhifəsində yayılan məlumata görə, şənbə günü hərbçilərin yola salınma mərasimi keçirilib.

Bildirilib ki, Pakistan hərbçiləri əldə olunmuş razılaşmalar və mövcud müdafiə əməkdaşlığı çərçivəsində Səudiyyə Ərəbistanı ərazisində onlara həvalə edilmiş vəzifələri yerinə yetirəcəklər.

Pakistan tərəfi bu addımın Səudiyyə Ərəbistanının suverenliyinin və ərazi bütövlüyünün, həmçinin Məkkə və Mədinədə yerləşən İslamın iki müqəddəs məkanının təhlükəsizliyinin qorunmasına sadiqliyin göstəricisi olduğunu vurğulayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi