Rusların ŞOK PLANI: Əvvəlcə Xarkov, sonra Kiyev... VİDEO
Ukrayna Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov bildirib ki, Rusiya ordusu Xarkova hücum cəhdlərini bərpa etmək üçün öz bölmələrini yenidən qruplaşdırır.
Bu barədə CNN kanalı məlumat yayıb.
Budanovun sözlərinə görə, işğalçılar indi Belqoroddan keçərək İzyuma doğru toplaşırlar:
“Onlar Belqorod vasitəsilə hərəkət edirlər. Ukraynada itkilərini kompensasiya etmək üçün Belqoroda əlavə qoşun göndərirlər. Rus ordusu ilk növbədə Xarkova hücum etməyi planlaşdırır. Mariupol şəhərini tam ələ keçirməyə çalışacaqlar və yalnız bundan sonra Kiyevə hücum etməyə cəhd edə bilərlər”.
Kəşfiyyatçı qeyd edib ki, Ukrayna ordusuna ağır artilleriya, zenit-raket kompleksləri və döyüş təyyarələri lazımdır: “Ukraynanın həqiqətən də ağır silahlarla ciddi dəstəyə ehtiyacı var və bu, bizə sabah yox, bu gün lazımdır”.
Teleqraf.com