Məşhur astroloq Ukrayna üçün ən təhlükəli iki günü AÇIQLADI
Astroloq İrina Zvyagina Ukrayna üçün ən təhlükəli olacaq iki günü açıqlayıb.
Xəbər verilir ki, o, martın 27 və 28-inin ağır günlər olacağını pronozlaşdırıb.
"Ay Dolça bürcündə, Uranın nəzarəti altındadır. Martın 28-də Ay ilə Mars birləşməsində bu üç planetin təsiri birləşəcək. Bu, iki çətin və ağır gündür. Müharibə üçün bunlar xarakterik enerjilərdir. Sülh və həyat üçün böyük təhlükədir”, - astroloq "Facebook"da yazıb. İrina Zvyagina əlavə edib ki, bu iki gün ərzində ukraynalılar mümkün qədər diqqətli olmalı və xüsusi ehtiyac olmadan heç yerə çıxmamalıdırlar.