azia.az
azia.az

Rusiya səfiri Bolqarıstana tarix dərsi demək istədi və…

25-03-2022, 09:13


Baş nazir Kiril Petkov Rusiya səfirindən onun ölkəsinin Bolqarıstanın daxili işlərinə qarışmamasını tələb edib
Rusiya səfiri Bolqarıstana tarix dərsi demək istədi və…
“Biz Rusiyadakı səfirimizi məsləhətləşmələr üçün geri çağırırıq. Diplomatiya dilində bu o deməkdir ki, qarşı tərəf də eyni addımı atmalıdır. Düşünürəm ki, heç bir Bolqarıstan vətəndaşı xarici səfirin bolqarları və bolqar hökumətini təhqir etməsindən məmnun ola bilməz. Belə davranış qeyri-məqbuldur”.

Bunu martın 24-də Bolqarıstanın baş naziri Kiril Petkov Brüsseldə Avropa Şurasının iclasından az əvvəl deyib.

Məsələ burasındadır ki, Rusiyanın Bolqarıstandakı səfirliyi özünün Facebook səhifəsində Rusiyanın Ukraynaya müdaxiləsinə dair postda Bolqarıstanın ünvanına kobud ifadələr işlədib.

Bu postda Bolqarıstan rəhbərliyi “Avroatlantika quyruqları” adlandırılıb.

Rusiyanın dost olmayan ölkələr siyahısına daxil etdiyi Bolqarıstan Ukraynaya müdaxilənin ikinci günündə RT telekanalının yayımlarını dayandırıb və Sputnik agentliyinin saytını bloklayıb.

Bundan bir həftə sonra Rusiyanın Bolqarıstandakı səfiri Eleonora Mitrofanova bolqarları milli bayramları – onların Osmanlı istilasından azad edilməsi gününü videotəbrik edib. Səfir 1877-1878-ci illər Rusiya-Osmanlı müharibəsini Kremlin Ukraynada “nasistlərə” qarşı apadığı indiki müharibə ilə müqayisə edib.

Səfir bildirib ki, 1877-1878-ci illər müharibəsində Bolqarıstan Rusiya ordusunun qələbəsi ilə Avropanın xəritəsinə qayıdıb.

Mitrofanova deyib ki, Rusiya həmişə “humanist-xristian dəyərlərini” rəhbər tutur.

General-qubernator kimi

Bolqarıstan hökumətinin başçısı Kiril Petkov səfirin çıxışını cavabsız buraxa bilməyib.

Səfirə çıxışı ilə bağlı rəsmi xəbərdarlıq edilib. Petkov bildirib:

“Bizim xilasımız üçün rus xalqına minnətdarlağımızı – Ukraynada indiki qardaş qırğını müharibəsi ilə müqayisə etməklə kiçiltmək olmaz”.

Baş nazir Rusiya səfirindən onun ölkəsinin Bolqarıstanın daxili işlərinə qarışmamasını tələb edib.

Qeyd olunur ki, Rusiya səfiri bundan sonra üzrxahlıq edib, amma bununla heç nə dəyişməyib.

Daha sonra Mitrofanova Rusiyanın Rossia 24 dövlət telekanalına müsahbəsində deyib ki, bolqar xalqı öz hökumətinin Rusiyaya qarşı ritorikasını və hərəkətlərini dəstəkləmir.

Səfirin bu müsahibəsi ölkənin siyasi dairələrində hiddətlə qarşılanıb. Bolqarıstan Atlantika Şurasının bəyanatında deyilir ki, səfir özünü Bolqarıstanda “Rusiya general-qubernatoru” kimi aparır.

Bolqarıstan mediasında və ictimai dairələrində isə Mitrofanovanın ölkədən qovulmasına çağırışlar səslənib.

AzadlıqRdaiosunun müxbiri yazır ki, Bolqarıstanda son vaxtlar aparılmış sorğular Rusiya səfirinin yanıldığını göstərir. Sorğulara görə Rusiyanın Ukraynaya hərbi müdaxiləsi rəyi soruşulanların 40 faizinin Moskvaya münasibətini mənfiyə doğru dəyişib.

Putinin və Rusiyanın reytinqi düşür

Trend analitik mərkəzinin martın əvvəllərində keçirdiyi sorğunun nəticələrinə görə respondentlərin yalnız 16 faizi Rusiyanın Ukraynaya müdaxiləsinin əsaslı olduğunu düşünür.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi