“Ukraynalı qadınların zorlanmasına görə cavab verəcəklər” - Katerina Pavliçenko
"Hər bir rus işğalçısı müharibə zamanı ukraynalı qadın və qızların zorlanmasına görə həyatda qalarsa ciddi şəkildə cavab verəcək".
Azia.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müavini Katerina Pavliçenko bildirib.
Qeyd olunur ki, müharibə başlayandan bəri Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları rus hərbçilərinin mülki şəxslərə qarşı zorakılıq, o cümlədən cinsi xarakterli cinayətlər törətməsi barədə məlumatlar alır.
Bundan başqa, bildirilir ki, işğal olunmuş ərazilərdə işğalçılar əhalini qorxu içində saxlayır, hüquq-mühafizə orqanlarının əməkdaşları, xilasedicilər və həkimlərin tam işləməsinə imkan vermir, ona görə də heç də bütün mülki şəxslərin konkret cinayət barədə məlumat vermək imkanı yoxdur.