azia.az
azia.az

Bölmədə döyüldüyünü deyən polkovnik açıqlama yaydı

15-09-2021, 20:30

Bölmədə döyüldüyünü deyən polkovnik açıqlama yaydı
Daxili İşlər Nazirliyi Hospitalının şöbə rəisi işləmiş polis polkovniki Vitaliy Məhərrəmovun bir müddət öncə Binəqədi RPİ-nin 7-ci Polis Bölməsində döyülməsi iddiası ilə bağlı ötən gün "Qafqazinfo"da məlumat yayılmışdı.

Azia.az Sfera.az-a istinadən xəbər verir ki, onun hüquq-mühafizə orqanlarına etdiyi şikayətlərdən sonra materiallar araşdırılması üçün Binəqədi rayon Prokurorluğuna göndərilib. Amma burada həmin şikayətçi olduğu polis əməkdaşları barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilib.

Bu gün isə V.Məhərrəmov "Qafqazinfo" ilə əlaqə saxlayaraq bildirib ki, yazı saytda yayımlandıqdan sonra Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunub, dinlənilib və onu narahat edən hallarla bağlı fikirlərini deyib:

"Mənim müraciətim əsasında hüquq-mühafizə orqanlarında araşdırma gedir. Bu məlumatların mənim adımdan mətbuatda tirajlanması və yayılması mənim icazəm olmadan vəkilim tərəfindən təşkil olunub. Həkim – travmatoloq kimi uzun illər daxili işlər orqanlarında şərəflə xidmət etmişəm. Təqaüddə olsam da, indi də özümü daxili işlər orqanlarının sıralarında kənarda görmürəm. Təəssüf ki, haqqımda bu məlumatlar yayılıb".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi