“Forbes” Rusiyanın müharibədəki hərbi itkilərini açıqladı
“Forbes” Ukrayna ordusu tərəfindən sıradan çıxarılan Rusiya hərbi texnikasının qiymətini hesablayıb.
Xəbər verilir ki, bu barədə “Forbes Ukraine” nəşri yazıb.
Hesablamalara görə, Ukrayna ordusu Rusiyanın ümumilikdə 5 milyard dollarlıq (ABŞ dolları-red) hərbi texnikasını sıradan çıxarıb.
“Ümumi itkilərin 47%-i təyyarə və helikopterlərin, 29%-i tankların, 14%-i zirehli döyüş maşınlarının payına düşür. Xüsusilə, məhv edilmiş tanklar Rusiyaya 1,5 milyard dollara, təyyarələr və helikopterlər isə 2,4 milyard dollara başa gəlib”, - məlumatda deyilir.
Rusiya ən böyük itkini fevralın 25-də, ən az itkini isə martın 2-də verib.
Leyla