Oğlan istəyən kişi yeni doğulan QIZINI GÜLLƏLƏDİ
Pakistan polisi ilk övladının oğlan olmasını istədiyi üçün yeddi günlük qızını güllələməkdə şübhəli bilinən şəxsi həbs edib.
Xəbər verilir ki, Mərkəzi şəhərinin polisi bildirib ki, urdu dilində "cənnət" mənasını verən yeni doğulmuş Cənnətə bir neçə dəfə atəş açılıb. Pakistanın bəzi bölgələrində qəbilə adətlərinə görə yeni doğulmuş qız uşaqları kişi cinsinə qarşı təhqir hesab edilir.
Polis məmuru İnam-ur-Rəhman açıqlamasında şübhəlinin yaxınlıqdakı ərazidə həbs edildiyini söyləyib.
İnsan haqları qrupları Pakistanda qızların və qadınların müxtəlif səbəblərdən mütəmadi olaraq zorakılığa məruz qaldığını bildirir.