azia.az
azia.az

Putin yetim qalan ukraynalı uşaqlara görə QANUNA DƏYİŞİKLİK EDƏCƏK

10-03-2022, 13:39


Rusiya Ukraynada yetim qalan uşaqları övladlığa götürmək üçün qanuna dəyişiklik etməyi planlaşdırır.

Bildirilir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belova ilə görüşü zamanı deyib. O, sözügedən qanunun dəyişdirilməsinə müsbət yanaşdığını açıqlayıb. Bu isə o deməkdir ki, Rusiyadan olan ailələr Donetsk və Luqanskdan ölkə vətəndaşlığı olmayan uşaqları övladlığa götürə biləcəklər.
Putin yetim qalan ukraynalı uşaqlara görə QANUNA DƏYİŞİKLİK EDƏCƏK
Lvova-Belova görüşdə bildirib ki, iki respublikadan 1 090-a yaxın kimsəsiz uşaq Rusiyaya təxliyə edilib. Düzəlişlə bağlı Dövlət Dumasına müraciət edəcəyini söyləyən Putin isə, "Bunlar fövqəladə hallardır və mənə elə gəlir ki, biz bürokratik gecikmələri deyil, uşaqların maraqlarını nəzərə almalıyıq. Əminəm ki, deputatlar sizi dəstəkləyəcəklər və biz bu qanunu dəyişəcəyik”, - deyə qeyd edib.

Xatırladaq ki, Ukraynanın işğalı başlayandan bəri 1 milyon uşaq ölkəni tərk etməli olub. UNICEF-in sözçüsü Ceyms Elder Ukraynadan bir milyon uşağın kütləvi şəkildə qaçmasını "qaranlıq tarixi ilk” kimi qiymətləndirib. Məlumata görə, Ukraynadakı uşaqların heç də hamısı canlarını qurtarmaq üçün qaça bilməyib - ölən, yaralanan və yetim qalan uşaqların sayı hələlik məlum deyil. Dünən isə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ölkədə 3 000 yeni doğulmuş körpənin qida və dərmandan məhrum olduğunu açıqlayıb.

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi