Rusiyada anti-Putinçilərin sırası genişlənir: Hitlerin davamçısını pərt edən BƏYANAT...
Rusiyada anti-Putinçilərin sırası genişlənir: Hitlerin davamçısını pərt edən BƏYANAT...
Martın 6 - da Rusiya prezidenti yanında vətəndaş cəmiyyətinin inkişafı və insan haqları üzrə Şurasının (İHŞ) siyasi hüquqlar üzrə komissiyası Ukraynada müharibə və onun haqqında informasiyaların dərc edilməsinə görə həbs müddətlərinə qarşı bəynat qəbul edib.
İHŞ- nin komissiyaya daxil olmayan bəzi üzvləri də bəyanata qoşulub.
Bəyanatın tam mətnini təqdim edirik:
"Gözlənildiyi kimi, Rusiya ordusunun qonşu dövlətdə apardığı hərbi əməliyyatlar o cümlədən insan haqlarının reallaşması üçün ağır nəticələrə gətirib çıxarır. Biz, Rusiya prezidenti yanında vətəndaş cəmiyyətinin inkişafı və insan haqları üzrə Şurasının üzvləri, siyasi qiymət vermirik və siyasi təkliflər irəli sürmürük.
Lakin biz artıq ən azı yüzlərlə rusiyalı və ukraynalı vətəndaşın həlak olduğunu qeyd edirik, son hadisələr vətəndaşın və insanın bir çox sosial və şəxsi hüquqlarının reallaşmasını təhlükə altına alıb.
"Exo Moskvı" radiostansiyasının və "Dojd" telekanalının yayımının dayandırılması, internetdə bloklanmalar hamı tərəfdən görünən rəmzə çevrilib, hərçənd, bu, əsas vətəndaş hüquq və azadlıqlarının reallaşması üçün risklərin kəskin surətdə artmasının heç də yeganə nümunəsi deyil. Yaranmış vəziyyətdə biz güman edirik:
Cəmiyyətdə Ukraynadakı vəziyyətə və Rusiya- Ukrayna münasibətlərinə müxtəlif nöqteyi- nəzər ola bilər. Lakin son həftə göstərib ki, mövcud problemlərin həlli üçün ordudan istifadə edilməsinin bədəli çox yüksəkdir. Ukrayna ərazisində aparılan hərbi əməliyyatları ən tez bir zamanda dayandırmaq və iki ölkə arasında mövcud olan ixtilafları danışıqlar yolu ilə həll etmək lazımdır.
Hərbi əməliyyatların davam etdiyi müddətdə onların bütün iştirakçıları humanitar hüquq normalarını unutmamalıdır.
Söz azadlığı və digər əsas azadlıqlar əlavə məhdudiyyətlərə məruz qalmamalıdır. Üstəlik də nəzərə alsaq ki, nə hərbi, nə də fövqəladə vəziyyət elan edilib. Artıq belə əlavə tədbirlər, o cümlədən Cinayət Məcəlləsinə və İnzibati hüquq pozuntuları Kodeksinə düzəlişlər edilib və onlara yenidən baxılmalıdır".
Bəyanatı imzalayıb:
Aleksandr Asmolov
Aleksandr Verxovski
Nataliya Yevdokimova
İqor Kalyagin
Svetlana Makovetskaya
Tatyana Marqolina
Leonid Nikitinski (Şuradan çıxmaq barədə bəyanat verib)
Mara Polyakova
Nikolay Svanidze
Aleksandr Sokurov
Vladimir Ryaxovski
İqor Yurgens
Sergey Tsıplenkov
"Detaly", İsrail
Mənbə: sonxeber.az