Putin NATO-nu hədələdi
"Rusiya NATO ilə döyüşməli olacaq. Bu, ciddi nəticələrə səbəb ola bilər".
TASS-a istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynanın NATO-ya üzvlük məsələsindən danışarkən deyib:
"Bu zaman sazişə uyğun olaraq hərbi münaqişə baş verəcəyi təqdirdə Alyansın digər üzvləri onu dəstəkləməlidir. Beləliklə, Rusiya NATO ilə döyüşməli olacaq. Məncə, nəticə hər kəsə aydındır"./qaynarinfo