azia.az
azia.az

Rusiyanın çökdürülməsi üçün PLAN hazırdır? - Ukrayna qurban seçilib

14-02-2022, 13:22

Rusiyanın çökdürülməsi üçün PLAN hazırdır? - Ukrayna qurban seçilib
Rusiyanın Ukraynaya hücum edəcəyi haqqında Qərb mətbuatında ardı-arası kəsilməyən məlumatların durmadan artması sıradan bir məsələ deyil. Qərb, xüsusilə də ABŞ əsas rəqibi olan Rusiyanı mühüm dəyişikliklərdən keçən, sürətli inkişaf və dərin transformasiya dövrünə qədəm qoyan bəşəriyyət qarşısında taqətdən salmaq niyyətindədir.

Ukrayna-Rusiya gərginliyi fonunda çoxqütblülük, iqtisadi qloballaşma, dünya nizamındakı proseslər və hadisələrdə dəyişikliklər özünü tam çılpaqlığı ilə göstərir. Dövlətlər arasında qarşılıqlı əlaqə və asılılıqlar artdığı bir vaxtda, dünyada gücün yenidən bölüşdürülməsi tendensiyası dayanmadan güclənir ki, ABŞ da bu istiqamətdə əsas rəqibi olan Rusiyanı oyundankənar vəziyyətə salmaq niyyətindədir.

Son proseslər də göstərir ki, Rusiya-Ukrayna müharibəsi riski durmadan artır. Əslində ABŞ və müttəfiqləri vətəndaşlarını təcili Ukraynanı tərk etməyə çağırmaqla Ukraynanı yalnız buraxırlar. Burada təbii ki, heç də Ukraynaya dəstəkdən söhbət gedə bilməz. Hətta Vaşinqton özü üçün artıq Rusiyanın Ukraynaya hucüm edəcəyi tarixi də elan edib və diplomatlarının təxliyəsinə başlayıb. Əslində isə diplomatların geri çağrılması Kiyevin vəziyyətini daha da ağırlaşdırır.

Rusiyanın çökdürülməsi üçün PLAN hazırdır? - Ukrayna qurban seçilib
Dayanmadan Ukraynanı həbri texnika, silah-sursatla təmin edən Amerika digər yandan da müxtəlif dövlət rəsmilərinin dilindən açıq şəkildə elan edir ki, Rusiya Ukraynaya hücum etsə ABŞ Rusiyaya qarşı döyüşmək üçün hərbçi göndərməyəcək, müharibəyə müdaxilə etməyəcək. ABŞ tərəfindən son günlər tez-tez edilən bu açıqlama əslində iki məqsəd daşıyır:

I. Co Bayden hakimiyyəti son günlər tez-tez bu açıqlamanı etməklə Rusiyanı əmin etmək istəyir ki, müharibə etməkdə tərəddüd etmə, biz sizə qarşı hərbçi göndərməyəcəyik. Bununla Vaşiqnton ABŞ-a mesaj verir ki, Ukraynanı nə qədər hərbi texnika ilə təchiz etsək də, onlarda sizə qarşı döyüşəcək canlı qüvvə sayı yetərli olmayandan sonra güclü müqavimətlə qarşılaşmaq ehtimalınız yoxdur.

II. ABŞ eyni zamanda bu sözlərlə Rusiyanı müharibəyə təşviq etməklə Rusiyanın iqtisadi gücünün daha da zəifləməsinə çalışır. Baxmayaraq ki, Vaşinqton Kremlə qarşı müharibədə iştirak etmək fikrində olmadığını bəyan edir, amma son bir ay ərzində Ukraynaya göndərdiyi tankerlərlə dolu saysız-hesabsız hərbi texnikaya nəzər salanda anlaşılır ki, bununla ABŞ Ukraynanın Rusiyaya qarşı ciddi müqavimət göstərməsinə çalışacaq. Əslində ABŞ üçün Ukraynanın bu müharibədən qalib çıxıb-çıxmayacağı elə də fərq etmir. Ağ Evə əsas lazım olan Rusiyanın bu savaşda çox "qan" itiməsi", immunitetinin düşməsi məsələsidir.

Rusiyanın çökdürülməsi üçün PLAN hazırdır? - Ukrayna qurban seçilib
Vaşiqnton Sanksiyalarla iflic etməyə çalışdığı Rusiyanın iqtisadiyyatını daha da çökdürmək istəyir. Çünki Qərbin bu qədər dəstək verdiyi, hərbi yardım göstərdiyi Ukrayna saysız-hesabsız silah-sursat, hərbi texnika yardımı qarşılığında Rusiyaya ciddi müqavmət göstərməklə, onu daha çox güc sərf etməsinə səbəb olacaq ki, ABŞ-ın da istədiyi məhz budur. Tarix də göstərir ki, müharibənin birbaşa iştirakçısı olmadan kənardan dirijorluq etməklə münaqişədə ən çox qazanan tərəf kimi hazıra nəzir olmağı bacaran Amerika bu dəfə də ənənəsinə sadiq qalmaq fikrindədir. Müharibənin nəticəsinin necə olmasından asılı olmayaraq, istənilən halda savaş sonrası iqtisadi imkanları xeyli zəifləyəcək Rusiya ilə ekonomik müstəvidə döyüşmək ABŞ-ın əsas planı kimi görünür.

ABŞ administrasiyası əslində Ukrayna ətrafında hazırkı böhranın "kritik nöqtəyə" keçə biləcəyindən ehtiyat edəcəyi mənzərəsi yaratmağa çalışsa da bunu hazırlayan elə özüdür. Qərb mətbuatında sürətli olaraq Rusiyanın Ukraynaya hücum hazırlıqları ilə bağlı müxtəlif informasiyaların yayılması onlarla ölkənin diplomatlarının Ukraynanı tərk etməsinə, vətəndaşlarının oradan çıxmasına səbəb oldu ki, bununla da Rusiya-Ukrayna üçün ciddi müharibə hazırlığının məhz media üzərindən aparıldığını düşünmək olar.

Rusiyanın çökdürülməsi üçün PLAN hazırdır? - Ukrayna qurban seçilib
Müharibə olacağı barədə Ukrayna ətrafında misli görünməmiş, çox gərgin siyasi ajiotaj var. Qərbin mətbuatı, ictimai və hətta ən ali, yüksək siyasi dairələri belə, Rusiyanın Ukrayna üzərinə geniş miqyaslı hərbi basqın edəcəyini bildirirlər. Hətta hücumun tarixi, gününü dəqiq göstərirlər.

Avropa Birliyi ölkələrinin Ukraynadakı vətəndaşlarını ölkəni dərhal tərk etməsi barədə xəbərdarlığı da informasiya savaşından yeni məqsədlər üçün istifadə edən ABŞ-ın planının işə yarımağa başladığını göstərir. Artıq az qala bütün dünya da mümkün müharibə təhlükəsinə inanmağa başlayıb. İş o yerə çatıb ki, içi Qərb qarışıq xeyli dövlət öz diplomatı, vətəndaşlarını Ukraynadan təcili çıxarır, müharibə təhlükəsi səbəbi altında.

Baxmayaraq ki, istər Rusiya XİN rəhbəri Sergey Lavrov, istərsə də Putin Ukraynaya hücum etməyəcəkləri ilə bağlı fikirlərini səsləndirdilər, lakin mediada aparılan təbliğat deməyə əsas verir ki, Vaşinqton Kremlin zəif nöqtəsini tapıb və onu istəmədiyi savaşın içinə daxil etmək üçün bütün imkanlarını səfərbər edib. Qərbin önəmli media orqanlarında yayılan məlumatları Rusiyanın tutarlı cavablarla yersiz olduğunu əsaslandıra bilməməsi bunu təsdiq edir. Ukrayna da artıq bütün gücü ilə Rusiyaya müqavimət göstərməyə hazır vəziyyətə gətirilib.

Doğrudur, ukraynalı oliqarxlar və iş adamları çarter reysləri ilə Ukraynanı tərk edirlər. Bazar günü 20-yə yaxın çarter və şəxsi təyyarə Kiyevi tərk edib ki, bu da Ukrayna üçün çox böyük zərbə hesab edilə bilər. Amma Ukraynanın indiki və gələcək taleyi nə Qərb, nə də ABŞ üçün taleyüklü bir məsələdir.


Rusiyanın çökdürülməsi üçün PLAN hazırdır? - Ukrayna qurban seçilib
Hadisələr göstərir ki, Rusiya müharibə etmək niyyətində deyil, çəkinir, özündə o cürəti tapmır. Moskva görünür, yaxşı anlayır ki, əvvəla, Ukrayna 2014-dəki zəif, hazırlıqsız dövlət deyil. Moskva dərk edir ki, həm Ukrayna, həm də özləri oyunun qurbanı ola bilərlər.

Hər zaman özü hiyləgər addımları ilə diqqət mərkəzinə düşən Rusiya, bu dəfə özü həmin oyunun qurbanı olmağa yaxındır. Moskva əgər Qərbin, ABŞ-ın bu hiyləgər oyununa uyarsa daxili ciddi problemlərlə üz-üzə qala bilər. Moskvanın mümkün təhlükə ilə qarşı-qarşıya qalmamasının yeganə bir yolu var: istər Ukraynaya, istərsə də digər keçmiş post sovet respublikalarına qarşı aqressiv təzyiq mövqeyindən çəkinib, işğal planlanlarını qeyri-müəyyən zamana kimi təxirə salmalıdır. Onların suverenliyinə hörmət etməsi, indiki halda Rusiyanın vəziyyətdən ən optimal çıxış yolu ola bilər. Əks təqdirdə özü eyni təhlükə ilə qarşı-qarşıya qala bilər. Milli.Az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi