TƏCİLİ: AŞPA Rusiya ilə bağlı MÜHÜM QƏTNAMƏ qəbul etdi
Avropa Şurası Parlament Assambleyası (AŞPA) Rusiya Federasiyasının nümayəndə heyətinin AŞPA-dakı səlahiyyətlərinə dair qətnamə qəbul edilib.
"Report”un Fransa bürosu bildirir ki, AŞPA Rusiya nümayəndə heyətinin səlahiyyətlərini qurumun tərkibində bərpa edib.
Qətnamədə bildirilir ki, AŞPA bütün Avropa ölkələrinin iştirakı ilə siyasi dialoqların aparılması üçün yeganə ümumavropa parlament platformasıdır:
“Buna görə də o, Assambleyaya Rusiya Federasiyasının nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməyə və bu ilin sonunda növbəti hesabat təqdim edərək əldə edilmiş tərəqqinin qiymətləndirilməsinə qərar verir”.