azia.az
azia.az

ABŞ-dan Ankara və Bakıya əsassız ittihamlar – Baydenin imzaladığı sənəd qalmaqal yaratdı

30-12-2021, 13:39

ABŞ-dan Ankara və Bakıya əsassız ittihamlar – Baydenin imzaladığı sənəd qalmaqal yaratdı
ABŞ Prezidenti Co Bayden 2022-ci maliyyə ili üçün təxminən 770 milyard dollarlıq müdafiə büdcəsi qanununu imzalayıb.

Konqresmen Frank Pallone isə "Twitter" hesabında ABŞ Prezidenti Co Baydenin ötən gün imzaladığı yeni müdafiə büdcəsi qanununda Türkiyə və Azərbaycanın Dağlıq Qarabağda hərbi cinayətlər törətməkdə məsuliyyət daşımasına dair bəzi ifadələrin olduğunu iddia edib.

"Baydenin dünən imzaladığı NDAA sənədində Azərbaycan və Türkiyəni "Artsax”da törətdikləri hərbi cinayətlərə görə məsuliyyət daşımağa yönəlmiş bəzi mühüm bəyanatlar var. Bu cinayətlərin açılmasında tələb olunan hesabatların dəqiq olmasını təmin etmək üçün səy göstərməyə davam edəcəyəm”, - deyə Pallone bildirib.

ABŞ-dan Ankara və Bakıya əsassız ittihamlar – Baydenin imzaladığı sənəd qalmaqal yaratdı
Türkiyənin "Sözcü” agentliyinin xəbərinə görə, sənəddə Azərbaycan-Ermənistan gərginliyində silahdan istifadə ilə bağlı hesabat tələb olunur və tərəflərin beynəlxalq hüquqlarla bağlı öhdəliklərinə əməl etməli olduqları bildirilir.

Ermənistanın rəsmi radiosu "Public Radio of Armenia" Konqresdə bu ayın əvvəlində qəbul edilən Milli Müdafiə Səlahiyyəti Qanununda (NDAA) Türkiyə və Azərbaycana qarşı dörd ittihamın yer aldığını iddia edib.

Şübhəsiz ki, 4 iddianın hər biri qərəzlidir və birbaşa erməni diasporu və lobbisinin sifarişi əsasında hazırlanaraq qanun layihəsinə təqdim edilib. Prinsip etibarilə, ABŞ konqresmeni Frank Pallone özü də Konqresə erməni disaporu və lobbisinin dəstəyi ilə seçilib. Aydın məsələdir ki, nə Frank Pallone, nə də onun kimi erməni maliyyəsi hesabına seçilən konqresmenlər 44 gülük müharibə və müharibədən sonrakı reallıqları yaxşı bilmir.

Birincisi, ittihamda qeyd edilir ki, ötən il Ermənistanla 44 günlük müharibədə istifadə edilən Türkiyənin "Bayraqdar" PUA-larında ABŞ-a məxsus hissələrdən istifadə edilib. "Bayraqdar" PUA-larında ABŞ-a məxsus hissələrdən istifadə edilib-edilməməsi haqda bir şey demək çətindir. Hər halda bunu Türkiyə rəmiləri daha yaxşı bilər. Lakin bu silahlar artıq bir çox ölkəyə satılıb. Azərbaycan da bu silahları ən çox alan ölkələrdəndir. Rəsmi Bakı Türkiyədən bu PUA-ları pulsuz almayıb. Alınan malın mülkiyyəti sövdələşmədən sonra alan şəxsə və ya ölkəyə məxsusdur. Azərbaycan "Bayraqdar" PUA-larından nə cür istifadə etmək üçün Vaşinqtondan icazə alası deyili. ABŞ tərəfinin narazılığı var idisə, bunu ilk başda, PUA-lar

satılanda və ya 44 günlük müharibə zamanı etməli idi. İndi belə bir iddianın irəli sürülməsinin nə mənası var, nə də əhəmiyyəti.

ABŞ-dan Ankara və Bakıya əsassız ittihamlar – Baydenin imzaladığı sənəd qalmaqal yaratdı
İkincisi, iddia olunur ki, Azərbaycanın erməni əsgərlərini qanunsuz olaraq saxlayıb və işgəncələrə məruz qoyub. Sual olunmalıdır ki, Azərbaycan erməni əsgərlərini necə qanunsuz saxlaya bilər? 44 günlük müharibə zamanı saxlanılan və ya döyüşlər zamanı ələ keçirilən erməni əsgər və zabitləri hərbi əsir kimi saxlanılıb. 44 günlük müharibə sonrası saxlanılan ermənilər isə heç bir halda hərbi əsir deyil, bu statusu ala da bilməz. O ki qaldı bu şəxslərə işgəncə verilməsinə, rəsmi Bakı istər hərbi əsirlər, istərsə də diversantların yeri, saxlanma şəraiti, səhhəti ilə bağlı mütəmadi olaraq bütün beynəlxalq humanitar təşkilatlara məlumat verib. Bu haqda detallı bilgilər onların hesabatlarında da var.

Üçüncüsü, Türkiyənin Azərbaycana dəstək üçün bölgəyə qoşun yeritdiyi iddia olunur. Türkiyənin nə 44 günlük müharibə zamanı, nə də sonra Azərbaycanda qoşunu olmayıb. Məsələ ondadır ki, Azərbaycanın modern ordusunun ən yeni nəsil silahları var. Ermənistanla müharibə aparmaq, torpaqlarımızı işğaldan azad etmək üçün qardaş Türkiyənin qoşununa ehtiyacımız yox idi. Digər tərəfdən, qardaş ölkənin hərbi yardımına ehtiyacımız olsa idi, bunu açıq şəkildə istəməkdən çəkinməzdik. İki ölkə arasında qarşılıqlı yardım haqda müvafiq sazişlər, razılaşmalar var. Azərbaycan zərurət yarandıqda Türkiyədən hər an hərbi yardım istəyə bilər.

ABŞ-dan Ankara və Bakıya əsassız ittihamlar – Baydenin imzaladığı sənəd qalmaqal yaratdı
Dördüncüsü, Azərbaycanın davam edən zorakılıqlara görə beynəlxalq qanunları və razılaşmaları pozduğu iddia edilir. Azərbaycan nə 44 günlük müharibə, zamanı nə də hazırda beynəlxalq hüquqa zidd hansısa addım atmır. 44 günlük müharibəni leqallaşdıran BMT TŞ müvafiq 4 qətnaməsi idi. Digər tərəfdən, Ermənistanın beynəlxalq hüquqla tanınan Azərbaycan ərazisini işğal etməsinə 27 il səssiz qalmaq özü beynəlxalq hüquqa zidd addımdır. Hazırda sərhədlərin demarkasiya və delimitasiya prosesi gedir. Bu proses isə tarixi xəritələr, eyni zamanda peyk görüntüləri əsasında aparlır. Mübahisəli məsələlər birgə komissiya ilə tənzimlənir. Rəsmi Vaşinqtonun bu məsələyə belə qərəzli mövqe sərgiləməsi isə heç bir məntiqə sığmır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi