Baydenin imzaladığı qanunda nə yazılıb: Bakı və Ankara məsuliyyətə cəlb olunacaq?
Deputat Frank Pallone prezident Co Baydenin imzaladığı Milli Müdafiə Aktını şərh edib. Konqresmen öz Twitter səhifəsində yazır ki, qanun Türkiyə və Azərbaycanla bağlı çox mühüm elementləri ehtiva edir.
Qaynarinfo xəbər verir ki, bu haqda məlumat Sputnik.am saytında dərc olunub.
"Baydenin imzaladığı milli müdafiə haqqında qanun Türkiyə və Azərbaycanın Artsaxdakı müharibə cinayətlərinə görə məsuliyyətə cəlb edilməsinə yönəlmiş mühüm müddəaları ehtiva edir", - Pallone bildirib.
Siyasətçi tələb olunan hesabatların cinayət faktlarını mümkün qədər dəqiq qeyd etməsini təmin etmək üçün ardıcıl olmağa söz verib.
Bayden daha əvvəl 2022-ci maliyyə ili üçün müdafiə xərclərinə 770 milyard dollar nəzərdə tutan Milli Müdafiə Aktını (NDAA) imzalayıb.