azia.az
azia.az

“Paşinyanın oğlu pivə satır, saxlanılanları heç kim xatırlamır”

20-11-2021, 09:42


Azərbaycan-Ermənistan sərhədinin Laçın-Kəlbəcər istiqamətində Ermənistan Silahlı Qüvvələrinin törətdiyi təxribatlardan sonrakı vəziyyəti təhlil edən esse.am saytının jurnalisti ölkəsinin baş naziri Nikol Paşinyanı tənqid edib.
“Paşinyanın oğlu pivə satır, saxlanılanları heç kim xatırlamır”
Azia.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hiddətlənmiş jurnalist soruşur:

"Hərbi qulluqçular hansı şəraitdə saxlanılıb? İtkin düşənlərin tapılması üçün hansı addımlar atılır? Onların qaytarılması ilə bağlı danışıqları kim aparır? Bu suallara heç kim cavab vermir. Bizim ölkədə, deyəsən, heç kim saxlanılanları xatırlamır".

Müəllif qeyd edir ki, bir neçə ay əvvəl Nikol Paşinyan hətta diversantların əvəzinə oğlunu Azərbaycana göndərməyə hazır idi:

"İyunun 8-də o, seçki kampaniyası zamanı tribunadan elan etdi:
"Oğlumun adından rəsmi şəkildə bəyan edirəm, elə bilməyin ki, şişirdirəm, oğlum hazırdır, o, artıq bütün saxlanılanlarımızın müqabilində Bakıya ya məhbus kimi, ya da başqa statusda getməyə hazır olduğunu bəyan edib".

Bundan başqa, o, beynəlxalq vasitəçilərə və Azərbaycan hakimiyyətinə müraciət edərək təklifinin həyata keçirilməsini xahiş edib. Kampaniya başa çatdı, Paşinyan yenidən hakimiyyəti ələ keçirdi, demək olar ki, 6 aya yaxın keçdi, saxlanılanlar nəinki qayıtmadılar, əksinə onların sayı artdı. Aşot Paşinyan Saryan küçəsində pivə satır və məhbus problemini öz dərdi hesab edən Paşinyan ailəsi qızlarının ad gününü təmtəraqla qeyd edir".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi