azia.az
azia.az

İşğalçı qüvvələrdə əsgər ölümləri: “müdafiə naziri” və daha bir neçə general işdən çıxarıldı

18-02-2020, 21:56

İşğalçı qüvvələrdə əsgər ölümləri: “müdafiə naziri” və daha bir neçə general işdən çıxarıldı
Ermənistanın Qarabağda dislokasiya olunmuş işğalçı hərbi birləşmələrinin sıralarında son vaxtlar bir-birinin ardınca baş verən əsgər ölümləri, intiharlar bir neçə generalın işdən çıxarılması ilə nəticələnib.

Virtualaz.org erməni mənbələrinə istinadən xəbər verir ki, ötən gün Ermənistan hökumətində keçirilmiş xüsusi müşavirədən sonra bu gün Müdafiə Nazirliyinin bəzi yüksək vəzifəli şəxsləri istefaya göndəriliblər. Bura Ermənistan Hərbi polisinin rəisi Artur Bağdasaryan və Silahlı Qüvvələrin şəxsi heyətlə iş üzrə İdarəsinin rəisi, general-mayor Alik Aleksanyan da daxildir.
İşğalçı qüvvələrdə əsgər ölümləri: “müdafiə naziri” və daha bir neçə general işdən çıxarıldı
Dağlıq Qarabağda isə qondarma rejimin “müdafiə naziri”, general-leytenant Karen Abramyan öz postunu tərk edib. Onun yerinə birinci müavini, baş qərargah rəisi Cəlal Arutyunyan təyin olunub. Arutyunyanın vəzifəsini isə “müdafiə nazirinin” birinci müavini olan David Manukyan tutub.Bu məlumatlar hələlik rəsmən təsdiqlənmir. Bununla belə hökumətdə keçirilən müşavirənin ardınca Ermənistan ordusunun Baş qərargah rəisi, general Artak Davtyan parlamentdə keçirilən brifinq zamanı orduda işdən çıxarılanların olacağını bildirib.

Lakin o qondarma “dqr” müdafiə nazirinin istefası barədə sualı şərh etməyib. Bildirib ki, bu məsələ onların “yuridiksiyasında” deyil. Qərarı “dqr prezidenti və müdafiə naziri” qəbul etməlidir.

Artak Davtyan ilin əvvəlindən bəri orduda 13 qeyri-döyüş itkisinin qeydə alındığını təsdiqləyib. Bildirib ki, onlardan 4-ü “bədbəxt hadisə” nəticəsində ölüb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi