Ermənistan prezidenti Səudiyyə Ərəbistanına gedib
Ermənistan Prezidenti Armen Sarkisyan Səudiyyə Ərəbistanına işgüzar səfər edib. “Ölkə.az” xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb. Sarkisyanə Ər-Riyad hava limanında Səudiyyə Ərəbistanının xarici işlər üzrə dövlət naziri Adel əl-Cubeyr qarşılayıb. Bildirilir ki, indiyədək Ermənistan və Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələr olmayıb və erməni rəsmilər indiyədək bu ölkəyə səfər etməyiblər. Mətbuat xidməti Sarkisyanın səfərini tarixi addım adlandırıb.